Vilnüsdə etiraz: "Tədris ilinin müddəti uzadılmasın"

Day.Az представляет новость на азербайджанском языке

Litvanın paytaxtı Vilnüsdə etiraz aksiyası keçirilib.

Day.Az Trend-ə istinadən bildirir ki, nümayiş iştirakçıları tədris ilinin müddətinin uzadılmasına etiraz ediblər.

Bundan əvvəl ölkənin təhsil naziri Yurqita Petrauskene demişdi ki, təhsilin keyfiyyətini artırmaq məqsədilə tədris ilinin müddətinin 10-15 gün uzadılması planlaşdırılır. Bu, artıq hökumətin proqramına da daxil edilib.

 

Təqribən 400 nəfər Təhsil Nazirliyinin binası qarşısına toplaşaraq bu təkliflə razılaşmağını bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.