Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşdü - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Kopenhagendə yerləşən Beynəlxalq Katibliyində olub, baş katib Roberto Montella və daimi heyətlə görüşüb.
Day.Az Trend-ə istinadən bildirir ki, səmərəli keçən görüşdə ATƏT PA-nın yaxın aylardakı fəaliyyəti, xüsusilə 5-9 iyulda Minskdə keçiriləcək 26-cı illik sessiyanın gündəliyinə aid məsələlər müzakirə edilib.
Qeyd edək ki, aprelin 24-də ATƏT PA-nın Büro iclası keçirilib və A.Quliyev iclasda iştirak edib. O, gündəlikdə olan məsələlər haqqında çıxış edib və ATƏT regionu, o cümlədən ölkəmiz üçün vacib olan məsələləri Büro üzvlərinin diqqətinə çatdırıb, müzakirə olunan layihələrə təkliflər verib.
Büro iclası qapalı olduğuna görə detallar barədə məlumat verilmir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре