https://news.day.az/azerinews/897415.html Ayxan Tağızadə Azərbaycana daha bir QIZIL qazandırdı - YENİLƏNİB

Ayxan Tağızadə Azərbaycana daha bir QIZIL qazandırdı - YENİLƏNİB

Azərbaycanca, 17 мая 2017 19:30 (UTC +04:00) 1 107
Ayxan Tağızadə Azərbaycana daha bir QIZIL qazandırdı

Day.Az представляет новость на азербайджанском языке

---------
19:30

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz qızıl medal qazanıb.

Trend-in məlumatına görə, Birinci Avropa Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) həlledici mərhələdə İran idmançısı Seyid Hüseyn ilə üz-üzə gəlib.

A.Tağıyev rəqibinə qalib gələrək final mərhələsinə vəsiqə qazanıb - 8:7.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

---------
18:22

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvandoçumuz finala yüksəlib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Rio Olimpiadasının bürünc mükafatçısı Patimat Abakarova (49 kq) yarımfinalda İran təmsilçisi Şalmei Sudabe Poursadiqi ilə qarşılaşıb.

İdmançımız rəqibindən üstün döyüş nümayiş etdirərək final mərhələsinə yüksəlib - 15:4.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

---------
11:10

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha üç taekvandoçumuz yarımfinal mərhələsinə yüksəlib.

Trend-in məlumatına görə, qadınların mübarizəsində idmançımız Fəridə Əzizova (67 kq) 1/4 finalda iranlı Parisa Cavadikouçaksaraellə görüşüb.

F.Əzizova rəqibindən üstün olub - 10:4.

Digər qadın taekvandoçumuz Patimat Abakarova (49 kq) Fələstin təmsilçisi Layan Caberə qalib gələrək yarımdinala vəsiqə qazanıb - 19:7.

Kişilərin yarışında isə 80 kq çəki dərəcəsində mübarizə aparan taekvandoçumuz Milad Beigi Harçeqani 1/4 finalda Səudiyyə Ərəbistanı idmançısı Maced Almabrukla qarşılaşıb.

Rəqibi üzərində tam qələbə qazanan təmsilçimiz yarımfinala yüksəlib - 21:2.

Xatırladaq ki, bundan əvvəl 68 kq çəki dərəcəsində çıxış edən idmançımız Ayxan Tağızadə da yarımfinaldadır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости