https://news.day.az/azerinews/910716.html Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı AŞPA görüş keçirəcək Day.Az представляет новость на азербайджанском языке "Münaqişələrin həllinə həsr edilən növbəti görüşün Avstriyanın Vyana şəhərində keçirilməsi planlaşdırılırdı. Təəssüflər olsun ki, mürəkkəb beynəlxalq vəziyyətlə əlaqədar olaraq tərəfdaşları bir yerə yığmaq mümkün olmadığı üçün bu görüş təxirə salınıb".

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı AŞPA görüş keçirəcək

Azərbaycanca, 30 июня 2017 11:07 (UTC +04:00) 1 075
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı AŞPA görüş keçirəcək

Day.Az представляет новость на азербайджанском языке

"Münaqişələrin həllinə həsr edilən növbəti görüşün Avstriyanın Vyana şəhərində keçirilməsi planlaşdırılırdı. Təəssüflər olsun ki, mürəkkəb beynəlxalq vəziyyətlə əlaqədar olaraq tərəfdaşları bir yerə yığmaq mümkün olmadığı üçün bu görüş təxirə salınıb".

Day.Az xəbər verir ki, bunu report-a açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri, qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennax deyib.

O bildirib ki, bu ilin sentyabrın 25-də Yunanıstan paytaxtı Afina şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş keçiriləcək: "Bu görüşdə sülhün yaradılması proseslərində iştirak edən bütün tərəfdaşlar, habelə ATƏT-in Minsk qrupunun üzvlərinin iştirakı nəzərdə tutulub. Görüş zamanı Avropa Şurası məkanında olan 4 münaqişənin həlli ilə bağlı müzakirələr aparılacaq, lakin Dağlıq Qarabağ münaqişəsi prioritet hesab edilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün aparılan danışıqlarda fasilə yaranması Ermənistan parlamentindəki dəyişikliklərlə bağlıdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости