"Heydər Əliyevin adı əbədiləşdirilməli, onun adına məktəb, universitet olmalıdır"

Day.Az представляет новость на азербайджанском языке

Yeni Azərbaycan Partiyası hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinin tərəfdarıdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Novruzov bildirib ki, lakin ulu öndər Heydər Əliyevin digərləri ilə müqayisə edilməsi düzgün deyil:

"Çünki ulu öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, ölkəmizin müstəqilliyi təhlükə altında olduğu bir vaxtda ulu öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ümummilli lider hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil, eyni zamanda, bugünkü və o zamankı hakimiyyətdə olan müxalifəti xilas etdi.

Yəqin ki, Surət Hüseynovun Azadlıq meydanında dar ağacları qurması və o ağaclardan kimlərin asılacağı bəlli idi. Odur ki, ümummilli lider müxalifətdə olanları da xilas etdi. Buna görə də məhz Ulu Öndərin adı əbədiləşdirilməli, onun adına məktəb, universitet olmalıdır. Çünki ulu öndər xalqın ən ağır vəziyyətində onun yanında oldu".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.