"14 yaşımdan dərdindən divanəyəm"

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın tanınmış modeli Natalya Vodyanova "Vogue Women Of The Year" mükafatlandırma mərasiminə qatılmaq üçün Hindistana yollanıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, model Bollivud ulduzu Şahrux Xanla da görüşüb. O, milyonların sevimlisi ilə görüşünü belə təsvir edib:

"14-15 yaşımdan onun dərdindən dəli-divanəyəm. Onun "Həyatda hər şey olur", "İstənilməyən gəlin" və "Dəli ürək" filmləri məndə Hindistanı görmək arzusu oyatmışdı. Bu gün mənə şəxsən Şahrux Xanla danışmaq nəsib oldu və ona "İlin aktyoru" mükafatını təqdim etmək şərəfinə nail oldum".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.