Hamilə ikən hamilə qalmaq mümkündürmü?
Day.Az представляет новость на азербайджанском языке
İngiltərədə qəribə hadisə qeydə alınıb. Belə ki, Jolene Broad adlı bir qadın əkiz uşaqlara hamiləykən yenidən hamilə qalaraq üçəm dünyaya gətirib.
Bu isə "Hamiləykən yenidən hamilə qalmaq mümkündürmü?" sualını doğurur.
Day.Az bildirir ki, medicina.az bu suala cavab tapmaq üçün ginekoloqa müraciət edib.
Ginekoloq Firuzə Cəfərzadə bildirib ki, bu hallara nadirən rast gəlinir, hətta milyonda bir baş verir: "Normal şərtlər daxilində bu, təbii ki, mümkün deyil. Çünki qadınlarda normalda ayda 1 yumurta hüceyrə yetişir və hamiləlik baş verərsə, yumurtalıqların aktivliyi dayanır.
Qeyd edək ki, belə tibbi hadisələr son 100 ildə sadəcə 6 -7 dəfə gerçəkləşib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре