Güclü külək yaşayış binasının dam örtüyünü uçurub

Day.Az представляет новость на азербайджанском языке

Masallıda güclü külək səbəbindən yaşayış binasının dam örtüyü uçub, bir neçə avtomobil əzilib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, 50 nömrəli binada qeydə alınıb. Güclü külək və yağış səbəbindən binanın dam örtüyü uçub.

Nəticədə orada avtomaşınlarını park edən sakinlərə məxsus 5-6 avtomaşına ciddi ziyan dəyib.

Bir neçə kənddə enerji verilişində qısa fasilələr olub. Hazırda rayonda güclü küləyİn yaratdığı digər fəsadlar barədə məlumat yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.