Azərbaycan əqli mülkiyyətin qorunması sahəsində MDB ölkələri arasında lider olub
Day.Az представляет новость на азербайджанском языке
Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün Rəqabətqabiliyyətlilik İndeksinin yayılması ilə əlaqədar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin ilkin şərhi
Day.Az bildirir ki, Dünya İqtisadi Forumu ölkələrin 2017-2018-ci illər Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə rəqabətqabiliyyətlilik reytinqini dərc etmişdir.
Bu hesabata görə Azərbaycan əvvəlki illərlə müqayisədə öz mövqeyini daha da möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlmişdir. Reytinq 12 göstərici üzrə tərtib olunur və əqli mülkiyyət mövqeyindən birinci göstərici - "Təsisatlar" və on ikinci göstərici - "İnnovasiyalar" vacib əhəmiyyət daşıyırlar. "Təsisatlar" bölməsində "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yer tutur.
Bununla da Azərbaycan ötən dövrlə - 2016-2017-ci illərlə müqayisədə "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksəlmişdir.
"Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə Azərbaycan MDB ölkələri arasında 1-ci yeri tutur, Cənubi Qafqaz ölkələri arasında şəksiz lider olaraq Ermənistanı 38, Gürcüstanı isə 58 pillə qabaqlayır.
"Əqli mülkiyyətin qorunması" ilə bağlı olan "İnnovasiyalar" mövqeyi üzrə Azərbaycan 33-cü yeri tutaraq müvafiq olaraq 70-ci yeri tutan Ermənistanı və 118-ci yeri tutan Gürcüstanı qabaqlayır və MDB ölkələri arasında lider dövlətdir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре