"Aşura mərasimləri zamanı uşaqları hicaba bürümək düzgün deyil"
Day.Az представляет новость на азербайджанском языке
Milli Məclisin deputatı Zahid Oruc Azərbaycanda Aşura mərasimləri zamanı qançıxarma hərəkətlərinə etiraz edib.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, Z.Oruc bu gün parlamentin payız sessiyasının ilk plenar iclasında qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə dini etiqad azadlığı mövcuddur: "Bu, yaxşı bir haldır. Ancaq qançıxarma hərəkətləri düzgün deyil".
Deputat Aşura mərasimləri zamanı uşaqları hicaba bürüməyin də düzgün olmadığını bildirib:
"Dinin mahiyyətini anlamayan uşaqların hicaba bürünməsi yolverilməzdir. Əlbəttə, bu məsələni inzibati yolla həll etmək olmaz, bunu məsələni təhsillə, marrifləndirməklə həll etməliyik".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре