Pediatriya İnstitutunda yeni doğulmuş körpə ölüb
Day.Az представляет новость на азербайджанском языке
Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda yeni doğulmuş körpə ölüb.
Day.Az lent.az-a istinadən xəbər verir ki, Saatlı rayon Hacıqasımlı kənd sakini Mehdiyev Orxan Zaur oğlunun 8 aylıq dünyaya gələn oğlu 3 gün ərzində reanimasiya şöbəsində saxlanılsa da, ölüb.
Bildirilir ki, O.Mehdiyevin xanımı ilk olaraq özəl xəstəxanalardan birində müalicə olunub. Daha sonra qadın yarımçıq dünyaya gətirdiyi körpəsi ilə Pediatriya İnstitutuna yerləşdirilib. Lakin həkimlərin səyləri bir nəticə verməyib və körpə vəfat edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре