https://news.day.az/azerinews/945787.html Azərbaycanda sidik kisəsi çöldə olan uşaq doğuldu - FOTOLAR Day.Az представляет новость на азербайджанском языке Azərbaycanda 1 aylıq körpənin üzərində uşaq cərrahiyyəsinin ən çətin sahəsi olan sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatı keçirilib. Day.Az medicina.az-a istinadən bildirir ki, bu barədə uşaq cərrahı Fuad Hüseynov məlumat verib.

Azərbaycanda sidik kisəsi çöldə olan uşaq doğuldu - FOTOLAR

Azərbaycanca, 29 октября 2017 21:15 (UTC +04:00) 1 319
Azərbaycanda sidik kisəsi çöldə olan uşaq doğuldu

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda 1 aylıq körpənin üzərində uşaq cərrahiyyəsinin ən çətin sahəsi olan sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatı keçirilib.
 
Day.Az medicina.az-a istinadən bildirir ki, bu barədə uşaq cərrahı Fuad Hüseynov məlumat verib. Həkimin sözlərinə görə, körpə qız uşağı sidik kisəsi çöldə doğulub.
Hüseynov bu halın çox nadirən baş verdiyini bildirib:

"Bizə müraciət edildikdə körpə 1 ay yarımlıq idi. Getdikləri digər xəstəxanalarda əməliyyat üçün tez olduğunu bildiriblər. Halbuki bu cür hallarda uşaq dərhal əməliyyata alınmalı idi".

Aparılan müayinələr nəticəsində körpənin sidik kanalının olmadığı və uşaqlıq yolunun tamamilə bağlı olduğu məlum olub.

"Uşağa sidik kisəsi ekstrofiyası diaqnozu qoyularaq cərrahi əməliyyat planlaşdırıldı. Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün uzman travmatoloq Fərhad Verdiyev qasıq sümüklərini yaxınlaşadıra bilmək üçün arxadan qalça sümüklərini kəsdi.

Sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatını uğurla icra etdik", - deyə cərrah qeyd edib.

Həkim uşağın vəziyyətinin hazırda yaxşı olduğunu, kateterlər çıxarıldıqdan və yara sağaldıqdan sonra isə evə yola salınacağını bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Azərbaycanda sidik kisəsi çöldə olan uşaq doğuldu

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости