https://news.day.az/azerinews/981027.html Mövlüd Çavuşoğlu: "Xocalı faciəsinin bir daha təkrar olunmasına izin verməyəcəyik"

Mövlüd Çavuşoğlu: "Xocalı faciəsinin bir daha təkrar olunmasına izin verməyəcəyik"

Azərbaycanca, 26 февраля 2018 10:32 (UTC +04:00) 1 728
Mövlüd Çavuşoğlu: "Xocalı faciəsinin bir daha təkrar olunmasına izin verməyəcəyik"

Day.Az представляет новость на азербайджанском языке

"Xocalı faciəsini unutmadıq və bu faciənin bir daha təkrar olunmasına izin verməyəcəyik".

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb.

M.Çavuşoğlu qeyd edib: "Xocalıda yüzlərlə azərbaycanlı qardaşımız, soydaşımız vəhşicəsinə qətlə yetirildi".

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости