Azərbaycan vətəndaşları Daşkənddəki səfirliyimizdə yaradılmış məntəqədə səs verirlər

Day.Az представляет новость на азербайджанском языке

Aprelin 11-də Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibindəki 44 saylı seçki məntəqəsində səsvermə başlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları və onların ailə üzvləri səs veriblər.

Səfir bildirib ki, Özbəkistanda yaşayan və işləyən Azərbaycan vətəndaşlarının sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb. Seçki siyahısında səsvermə hüququ və konsulluq qeydiyyatında olan 152 Azərbaycan vətəndaşının adı var. Bu gün Özbəkistanda ezamiyyətdə olan vətəndaşlarımız da qanunvericiliyə uyğun olaraq səfirliyə gəlib səsvermədə iştirak edə biləcəklər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.