Əbu-Dabi və Dubayda həmvətənlərimiz səs verirlər - YENİLƏNİB - FOTO
Day.Az представляет новость на азербайджанском языке
----------
15:32
Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyimizdə yaradılmış seçki məntəqəsində yerli vaxtla səhər saat 12:00-dək adları seçici siyahısında olan vətəndaşların təxminən 50 faizi səsvermə hüququndan istifadə edib.
Day.Az-ın Trend-ə istinadən məlumatına görə, Dubaydakı Baş Konsulluqda yerli vaxtla saat 12:00-dək 50 nəfər səs verib.
Əbu-Dabi şəhərində 78, Dubay şəhərində 197 seçici qeydiyyata alınıb.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.
Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.
---------
10:16
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərindəki səfirliyində və Dubaydakı baş konsulluğunda yaradılmış seçki məntəqələrində səsvermədə fəallıq müşahidə olunur.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, seçki məntəqələri açılan saatdan BƏƏ-də yaşayan və bu günlərdə ölkə ərazisində müvəqqəti olan Azərbaycan vətəndaşları səs verməyə başlayıblar. Məntəqələrdə səsvermə üçün lazımi şərait yaradılıb. Səfirlikdə və konsulluq şöbəsində qeydiyyat olan 275 Azərbaycan vətəndaşı seçkilər barədə məlumatlandırılıb. Əbu-Dabi şəhərində 78, Dubay şəhərində 197 seçici qeydiyyata alınıb.
Azərbaycanın BƏƏ-ki səfiri Daşqın Şikarov bildirib ki, Əbu-Dabidə seçki məntəqəsi açılandan seçicilərin fəallığı müşahidə olunur. O deyib ki, seçki prosesi azad, demokratik və şəffaf şəraitdə keçir, vətəndaşlarımız sərbəst şəkildə səs verirlər.
Səsvermə yerli vaxtla saat 19:00 başa çatacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре