Elmira Süleymanova: "Seçicilər arasında səsvermə prosesi aktivdir"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda prezident seçkilərində seçicilər arasında səsvermə prosesi aktivdir.

Bunu Trend-ə prezident seçkilərində səs verən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

E.Süleymanova seçkilərin təşkilinin uzunmüddətli proses olduğunu bildirib: "Qeyd etməliyik ki, seçkilərin uğurlu təşkili son aylar deyil, illərlə təkmilləşdirilmiş prosesdir".

Ombudsman qeyd edib ki, Azərbaycanın qanunvericiliyi, Seçki Məcəlləsi Venesiya Komissiyasının tövsiyələri ilə hər il təkmilləşdirilir: "Bizim əməkdaşlarımız da müstəqil müşahidəçi kimi praktiki olaraq ölkənin bütün rayonlarında iştirak edirlər".

O əlavə edib ki, hazırda seçicilər arasında səsvermə prosesi aktivdir: "Sevindirici haldır ki, seçkiləri müxtəlif ölkələrdən bir çox müşahidəçilər izləyir. Düşünürəm ki, bu onların Azərbaycanda seçkilərin şəffaf, demokratik şəkildə keçirilməsi ilə tanış olması üçün yaxşı imkan olacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.