https://news.day.az/azerinews/994186.html Prezident seçkilərində saat 10:00-a olan seçici fəallığı açıqlandı Day.Az представляет новость на азербайджанском языке Azərbaycanda prezident seçkilərinin saat 10:00-a olan nəticələri məlum olub.

Prezident seçkilərində saat 10:00-a olan seçici fəallığı açıqlandı

Azərbaycanca, 11 апреля 2018 10:45 (UTC +04:00) 1 017
Prezident seçkilərində saat 10:00-a olan seçici fəallığı açıqlandı

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda prezident seçkilərinin saat 10:00-a olan nəticələri məlum olub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı xəbərə əsasən, saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.

Ümumilikdə Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Prezident seçkilərində səsvermə saat 19:00-da başa çatacaq.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə bundan sonra saat 12:00, 15:00, 17:00 və 19:00-da məlumat veriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости