Rouland Skot: Bu saatadək heç bir qanun pozuntusu qeydə alınmayıb

Day.Az представляет новость на азербайджанском языке

Bu saatadək beş seçki məntəqəsində olmuşuq. Hər məntəqədə də 20 dəqiqə monitorinq aparmışıq. Getdiyimiz məntəqələrdə hələ ki, heç bir qanun pozuntusu müşahidə etməmişik.

Bu sözləri AZƏRTAC-a əslən ATƏT-in ABŞ-dan olan müşahidəçisi Rouland Skot deyib.

Günün sonunadək səsvermənin gedişini izləmək üçün daha bir neçə məntəqədə olacaqlarını vurğulayan R.Skot bildirib: "Biz həm veb-kameralı məntəqələrə, həm də veb-kamera olmayan məntəqələrə gedirik. Məntəqələrdə səsvermənin gedişini izləyir, eyni zamanda, yerli müşahidəçilərlə də maraqlanırıq. Ümid edirəm ki, bu seçkilərdə də heç bir qanun pozuntusu qeydə alınmayacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.