Qalmaqallarla yadda qalan futbolçu küçədə başı yarılmış halda tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Qalmaqallarla yadda qalan İngiltərə yığmasının sabiq futbolçusu Pol Qaskoyn yenə xoşagəlməz hərəkəti ilə gündəmə gəlib.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, 49 yaşlı sabiq yarımmüdafiəçi küçədə sərxoş vəziyyətdə tapılıb.

Qaskoyn uzun müddətdi alkoqolizmə qarşı mübarizə aparsa da, görünür, pis vərdişindən xilas ola bilməyib. Küçədə uzanmış, üstəlik başı yarılmış vəziyyətdə tapılan əfsanəvi futbolçunun əlində spirtli içki şüşəsi olub.
 
Polis sərxoş Qaskoynu dərhal evinə apararaq, təcili tibbi yardım çağırıb. İlkin tibbi yardımdan sonra isə zərərçəkən xəstəxanaya aparılıb.
 
Qeyd edək ki, karyerası ərzində "Nyukasl", "Tottenhem", "Latsio" kimi klubların formasını geyinmiş Qaskoyn İngiltərə yığmasında 57 oyunda 10 qola imza atıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.