"Lexus"la "Toyota Prado" toqquşdu, iki yaralı

Day.Az представляет новость на азербайджанском языке:

Balakən rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 

Milli.Az APA-ya istinadən xəbər verir ki, yol qəzası bu gün saat 14:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 150-ci kilometrliyində, Balakən şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Tülü kənd sakini, 1957-ci il təvəllüdlü Nəriman Tahir oğlu Tahirovun idarə etdiyi "Toyota Prado" markalı, Rusiya dövlət nömrə nişanlı minik avtomobili ilə Balakən rayon sakini, 1986-cı il təvəllüdlü Əlibala Mehdi oğlu Abdullayevin idarə etdiyi "Lexus" markalı, 99 HM 906 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza nəticəsində Nəriman Tahirov və digər avtomobildə olan sərnişin, rayonun Talalar kənd sakini, 1979-cu il təvəllüdlü İlqar Nurmahma oğlu Mustafayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
 

Balakən RMX-dan verilən məlumata görə, N. Tahirova döş qəfəsinin əziyi və başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, İlqar Mustafayevə isə sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.