https://news.day.az/society/706333.html Sürücüləri radara salmaq üçün bu yola da əl atdılar - VİDEO

Sürücüləri radara salmaq üçün bu yola da əl atdılar - VİDEO

Общество, 13 октября 2015 12:23 (UTC +04:00) 3 181
Sürücüləri radara salmaq üçün bu yola da əl atdılar

Day.Az представляет новость на азербайджанском языке.

Quba yolunda sürət həddini bildirən yol nişanına müdaxilə edərək sürücülərə tələ qurublar

Sosial şəbəkələrdə maraqlı video yayılıb. Elçin Əliyev adlı istifadəçi tərəfindən yayılan videoda sürücüləri radara salmaq üçüq qurulan tələnin üstü açılıb. Avtosfer.az-ın məlumatına görə, bu yol nişanı Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunda yeni aşkarlanıb. Yol nişanının unikallığı ondadır ki, bir dirəkdə üst-üstə iki yol nişanı var. Əsl nişanda sürət həddi 110 km/saat göstərilir. Lakin sonradan yararsız bir yol nişanı simlə əsl nişanın üstünə bərkidilib. İşin daha unikal tərəfi budur ki, ikinci nişanda sürət həddi 90 km/saaat göstərilir. Bir qədər irəlidə isə radar var. Görünür, sürücüləri radara salmaq üçün hələ çox yeniliklərin şahidi olacağıq.

Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolundakı həmin nişanla bağlı videonu təqdim edərək, sürücüləri ayıq-sayıq olmağa çağırırıq.

Ümid edirik ki, Dövlət Yol Polisi bu biabırçılığı aradan qaldıracaq və bu işə qol qoyan məsuliyyətsiz insanlar məsuliyyətə cəlb olunacaqlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости