Sağlam qalmaq istəyənlərin nəzərinə

Day.Az представляет новость на азербайджанском языке

Üzüm yeganə meyvədir ki, qurudulduqdan sonra daha xeyirli olur. Xüsusilə, qış aylarında qozla, fındıqla kişmişi qarışdırıb yeməyin öz ləzzəti var.

Day.Az publika.az-a istinadən bildirir ki, Türkiyəli həkim Şəfiqə Aydın bu faydalı çərəzin daha öncə heç yerdə eşitmədiyiniz faydalarından danışıb:

"Xüsusilə, qara kişmiş mütləq qida rasionunda yer almalıdır. Kişmiş dəmirlə zəngindir. Diş və sümükləri gücləndirir. İnsana enerji verir. Hamilələrə və əmizdirən analara tövsiyə olunur".

Həkimin sözlərinə görə, ideal çəkidə qalmaq istəyənlər kişmişin ehtiva etdiyi kalorini nəzərə almalıdırlar:

"1 armudu stəkan kişmişdə 325 kalori olur. Ona görə də, kökəlmək istəyənlər kişmiş yeməlidirlər. İdeal çəkisini qorumaq istəyənlər isə həftədə 2-3 dəfə yarım stəkan kişmiş  yeməklə kifayətlənsinlər".

Həkim bildirir ki, kişmiş göz problemlərini aradan qaldırır, bağırsaq xərçənginin qarşısını alır.

"Göz üçün çox faydalıdır. Xərçəng xəstəliyinə, xüsusilə də bağırsaq xərçənginə qarşı təsirlidir. Klimaks dövründə qadınlar bol miqdarda kişmiş yeməlidirlər. Beləliklə, klimaks səbəbindən orqanizmdə baş verən dəyişikliklər daha gec nəzərə çarpacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.