Azərbaycanda 16 otaqlı evdə yanğın olub

Day.Az представляет новость на азербайджанском языке

Astara şəhərində vətəndaşa məxsus ümumi sahəsi 480 m2 olan ikimərtəbəli 16 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə və 1 otağının tavanı 15 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.