Binali Yıldırım: "Terror qruplaşmasının rəhbəri Gülən Türkiyəyə qaytarılacaq və..."

Day.Az представляет новость на азербайджанском языке

Fəthullah Gülən dövlət çevrilişinə cəhdə görə qanun qarşısında cavab verməli olacaq.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım İstanbulda keçirilən mitinqdə bəyan edib.

"Siz hamınız bilməlisiniz ki, terror qruplaşmasının rəhbəri Gülən Türkiyəyə qaytarılacaq və cinayət əməllərinə görə məhkəmə qarşısında cavab verəcək ", - deyə B. Yıldırım  bildirib.

Onun sözlərinə görə, hökumət  çevrilişə cəhd edənlərə  qarşı münasibətdə intiqam hissi deyil, qanunu rəhbər tutacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.