"Türk əsgəri qılığına girib torpaqlarımızı işğal etmək istəyirdilər"

Day.Az представляет новость на азербайджанском языке

Çanaqqalada Qurtuluş savaşında tarix yazan bu millət, eyni ruhla iyulun 15-də də tarix yazdı. 15 iyul ikinci Qurtuluş savaşıdır.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyənin Baş nazir Binəli Yıldırım İstanbulda keçirilən demokratiya və şəhidlər mitinqində çıxışında səsləndirib.

Binəli Yıldırım deyib: "Şəhidlərimiz sayəsində bu gün bu torpaqlarda şərəflə, qardaşcasına müstəqil və bərabər yaşayırıq. Türk əsgəri qılığına girib torpaqlarımızı işğal etmək istəyirdilər. Sanki millətin iradəsini oğurlayacaqdılar. Allah şərləri xeyirə çevirir. Bu mitinqdən də göründüyü kimi, bizi öldürməyən hər çevriliş bizi daha da gücləndirir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.