Avtobuslarda interval niyə uzundur? - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Biri dəsmalla üzünü silir, digəri isə yelpənəklə özünü sərinlədir. Səbəb isə, avtobusun kondisionerinin olmaması ilə yanaşı, dayancaqda uzun müddət dayanıb sərnişin gözləməsidir.
Day.Az xezerxeber.com-a istinadən bildirir ki, avtobusların intervalının uzun olması xüsusilə də, havanın hərarətinin yüksək olduğu günlərdə sərnişinlərə problem yaradır. Sərnişinlər deyir ki, belə vaxtlarda hətta elə olur ki, avtobuslar dayancaqda 10-15 dəqiqə dayanıb sərnişin gözləyirlər.Bunun səbəbini sürücüdən soruşduqda isə onlar çıxma vaxtına bir neçə dəqiqə qaldığını deyirlər.
Sürücülər isə deyilən iddialarla razılaşmırlar. Avtobuslarda intervalların azaldımlası məsələsi ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.Agentlikdən bildirildi ki, hələ ki daşıyıcı şirkətlərə bu cür problemlərin yaşanmaması üçün tövsiyyələr verilib. Nəqliyyat konsepsiyası hazır olduqdan sonra, sərnişinləri narahat edən bu kimi məsələlər tam həllini tapacaq.
Videonu izləmək üçün şəklə klikləyin:
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре