Riannanın sabiq sevgilisi məşuqəsini öldürmək istədi

Day.Az представляет новость на азербайджанском языке

Amerikalı müğənni Riannanın sabiq sevgilisi, reper Kris Braunun Los-Ancelesdəki villasındakı partisi qalmaqalla başa çatıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, səhər saat 3 radələrində polisə qorxmuş bir qadın zəng vuraraq "Kris Braun tüfəngi mənə çevirib, atəş açmaq istəyir" deyib. Hadisə yerinə yollanmış polislər villaya girə bilməyiblər, çünki axtarış üçün orderləri ytrxdu.
Polislər order gözləyənədək Krois Braun içində silah və narkotik maddələr olan çantanı həyətə atıb, polislərə qışqırıb: "Haydı, bacarırsınızsa məni tutun!"
Daha sonra Kris Braun İnstagram-dakı profilində yazıb: "Polislər vertolyotla gəldilər. Məndən nə istəyirlər?! Yatmağa qoymadılar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.