Elçin Mirzəbəyli: "Onlar yenidən qrant havasına düşüblər"

Day.Az представляет новость на азербайджанском языке:
"Bəzi beynəlxalq təşkilatları, ermənipərəst dairələrin I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparması onların Azərbaycandakı nüfuz müvəkkillərini də həvəsləndirib". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli "Milli Şura" adlı qurumun növbəti mitinqinə münasibət bildirərkən deyib.
E.Mirzəbəyli qeyd edib ki, bu prosesin eyni mərkəzdən idarə olunduğu artıq heç kəsə sirr deyil: "Görünür, "Milli Şura"dakılar yenidən qrant havasına düşüblər. Bunun üçün Azərbaycanın düşmənləri ilə eyni addımlar atmaqdadırlar. Eyni zamanda belə addımları ilə özlərini yeni danos dairələrə sırımağa çalışırlar".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре