Gülnarə Məmmədova tənhalığı hiss etməyə başlayıb
Day.Az представляет новость на азербайджанском языке.
Tanınmış teleaparıcı Gülnarə Məmmədovanın Milli.Az-a müsahibəsi.
- Aparıcı olmaq istəyi sizdə nə vaxtdan yarandı?
- Əslində aparıcı olmaq mənim arzum olmayıb. Sadəcə zaman elə gətirdi ki, aparıcı oldum və tədricən bu peşəni özümə çox yaxın və doğma hesab etdim.
- Bəs niyə bir müddət televiziyadan uzaqlaşdınız?
- Həmin vaxtlar çox gərgin idim. Müəyyən problemlər yaşadım. Ona görə də bir müddət televiziyadan uzaqlaşmalı oldum.
- Aktrisalıq sizdə nə dərəcədə alınır?
- Əvvəllər aktrisalıq bacarığımın olduğunu bilmirdim. Lakin ilk dəfə rejissor Samir Qulamov məni çəkdiyi seriala dəvət etdi. Həmin serialda oynadıqdan sonra özümdə aktrisalıq keyfiyyətlərini hiss etməyə başladım. Gördüm ki, bu məndə yaxşı alınır. Hətta "İlin aktrisası" adını almağım mənim üçün sürpriz oldu.
- Bundan sonra da filmlərdən dəvət alsanız, çəkiləcəksiniz?
- Təbii ki, məni qane etsə, niyə də çəkilməyim. Artıq bu işi sevməyə başlamışam.
- Plastik əməliyyat etdirmisiniz?
- Xeyr, etdirməmişəm. Burnumda elətdirmək istəyirdim, amma dedilər ki, mənə belə yaraşır. Üz cizgilərimlə uyğundur.
- Siz Hidistanın milli geyimini geyinərkən hind qızlarına çox bənzəyirsiniz. Bu baxımdan haçansa hindistanlı rejissorların maraq dairəsinə düşmüsünüz?
- Bəli, razıyam. Mən nəzərdə tutduğunuz geyimdə hind qızlarına bənzəyirəm. O ki qaldı rejissorların hədəfinə tuş gəlməyimə, yəqin ki, gəlmişəm (gülür). Gəlməmişəmsə də, ola bilər ki, haçansa Hindistandan da təklif alım...
- Subaylığın son gecəsini necə xatırlayırsınız?
- Həmin vaxt başım çox qarışıq idi. Bütün fikirlərim yalnız toya köklənmişdi.
- Tənhalığın nə demək olduğunu nə zaman hiss etməyə başladınız?
- Son bir neçə ay ərzində. Artıq tənhalığın nə olduğunun fərqinə varıram.
- Geyim tərzinizi müəyyənləşdirmək üçün kimlərdənsə məsləhət alırsınız?
- Xeyr, geyimimi özüm seçirəm. Ancaq bəzən olur ki, rəfiqələrimin də rəyini soruşuram.
- Bəs tamaşaçılar sizi yenidən efirdə haçan görə biləcəklər?
- İnşallah, görərlər. Mənə bu barədə təkliflər olunur. Yəqin ki, götür-qoy edib hansınısa dəyərləndirəcəyəm.
- Bundan başqa hansı planlarınız var?
- Bir çox yerlərdən təklif alıram. Hətta Türkiyədən də mənə iş təklifi var. Hələ ki, qəti qərara gəlməmişəm. İnşallah, tezliklə öz seçimimi edəcəyəm.
Milli.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре