Artıq marixuana çəkənlər həbs olunmayacaq - ABŞ-da

Day.Az представляет новость на азербайджанском языке

Nyu-York meri Bill de Blazio ictimai yerlərdə marixuana çəkən şəxslərin həbs olunmaması ilə bağlı polisə tapşırıq verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu qərar Nyu-York sakinlərinin marixuananın leqallaşdırılmasına hazırlanması məqsədilə verilib.

Qeyd olunur ki, polislər marixuana ilə tutulan şəxsi həbs etməyəcək, əvəzində məhkəmə çağırışı təqdim edəcək.

B.de Blazio bildirib ki, yaxın zamanlarda Nyu-Yorkda müalicə məqsədi ilə marixuananın istifadəsi leqallaşdırılacaq və sakinləri buna hazırlamaq çox vacibdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.