"Qapını açanda içərisi cəvahiratla dolu çemodanlar gördüm" - Obamanın köməkçisi

Day.Az представляет новость на азербайджанском языке
Otağın qapısını açanda içərisi cəvahiratla dolu çemodanlar gördüm.
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, bunu keçmiş ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisinin birinci müavini Ben Rods ötən gün təqdim olunan "The World as It Is" (Dünya, olduğu kimi) kitabında qeyd edib.
Ben Rods kitabında bildirib ki, 2009-cu ildə Səudiyyə Ərəbistanına rəsmi səfər zamanı ona və eləcə də digər müavinlərə içərisi cəvahiratla dolu çemodan verilib.
Rodsa bir cüt gümüş qol düymələri, kişi və qadın saatları, gümüş qələm, briliyant, sırğa, üzük, bilərzik hədiyyə edilib. Həmçinin, 9000 dollar dəyərində hədiyyələr Ağ Evin 13 başqa nümayəndəsinə də verilib.
Bu məlumat Səudiyyə rəsmiləri tərəfindən təsdiq edilməyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Donald Trampın İranın nüvə sazişindən çıxması ilə bağlı qərarını dəstəkləyən ölkələrdən olub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре