Aytən Səfərovadan valideynlərə SƏRT SÖZLƏR:

Oğlunu 245 saylı orta məktəbə birinci sinfə yola salan aparıcı Aytən Səfərova məktəbdə qarşılaşdığı izdihamdan narazılıq edib.

Day.Az Publika.az-a istinadən xəbər verir ki, aparıcı instaqramda görüntülər paylaşaraq pandemiya şəraitində bütün ailə üzvlərinin uşaqlarını yola salmaq üçün məktəbə gəlməsini tənqid edib.

O, "Azərbaycanın adətidir də 1 sentyabrda uşağın dalınca nəsillikcə getmək... 1 uşağı birinci sinfə qapıdan az qala 8 nəfər yola salır. Heç bir müəllim qınanılası deyil, sonra da deyirlər ki, izdihamda dayanmışıq", - sözlərini yazıb.