Şuşaya yeni avtobus reysi fəaliyyətə BAŞLADI

Mingəçevirdən Şuşaya ilk avtobus reysi bu gün fəaliyyətə başlayıb.

Day.Az Bizim.Media-ya istinadən bildirir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, biletləri www.biletim.az portalından əldə etmək mümkündür. Reyslər hər gün Mingəçevirdən Şuşaya saat 08:00-da, Şuşadan Mingəçevirə isə saat 16:00-da yola düşür.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə giriş üçün icazələrin olması mütləqdir.