https://news.day.az/azerinews/1765962.html Naxçıvanda 52 ambulansın təhvil verilməsi nəzərdə tutulub - Nazir Əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin keyfiyyətinin artırılması məqsədilə 52 ədəd tam təchizatlı ambulans alınıb və yaxın gələcəkdə təhvil verilməsi nəzərdə tutulub. Day.Az xəbər verir ki, bu sözləri Trend-ə özəl müsahibəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Samiq Sadıxov deyib.

Naxçıvanda 52 ambulansın təhvil verilməsi nəzərdə tutulub - Nazir

Azərbaycanca, 7 июля 2025 09:16 (UTC +04:00) 505
Naxçıvanda 52 ambulansın təhvil verilməsi nəzərdə tutulub

Əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin keyfiyyətinin artırılması məqsədilə 52 ədəd tam təchizatlı ambulans alınıb və yaxın gələcəkdə təhvil verilməsi nəzərdə tutulub.

Day.Az xəbər verir ki, bu sözləri Trend-ə özəl müsahibəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Samiq Sadıxov deyib.

O bildirib ki, bundan əlavə, əvvəllər 8 geolokasiyada fəaliyyət göstərən Təcili Tibbi Yardım Xidmətinin geolokasiyalarının sayı 14-ə çatdırılıb.

"Qeyd edək ki, regionlarda ilkin səhiyyə xidmətlərinin əlçatanlığının artırılması məqsədilə kənd həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin bazasında 32 Ailə Sağlamlıq Mərkəzi yaradılıb və müasir tibbi avadanlıqlarla təmin edilməsi məqsədilə bir sıra satınalmalar həyata keçirilib. Yaradılan 32 Ailə Sağlamlıq Mərkəzlərinin hər birində yeni geolokasiyaların yaradılması nəzərdə tutulub", - deyə nazir qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости