https://news.day.az/azerinews/1766280.html Yay aylarında xəstəliklərin əsas səbəbləri nədir? Yay mövsümündə havaların isinməsi ilə bir sıra xəstəliklərin yayılmasında artım müşahidə olunur. Bəs xəstəliklərin əsas səbəbləri nədir?

Yay aylarında xəstəliklərin əsas səbəbləri nədir?

Azərbaycanca, 9 июля 2025 00:11 (UTC +04:00) 535
Yay aylarında xəstəliklərin əsas səbəbləri nədir?

Yay mövsümündə havaların isinməsi ilə bir sıra xəstəliklərin yayılmasında artım müşahidə olunur.

Bəs xəstəliklərin əsas səbəbləri nədir? 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, həkimlərin fikrincə, bu dövrdə baş verən xəstəliklərin əsas səbəbləri qida zəhərlənmələri, virus infeksiyaları, günvurma və gigiyenik qaydalara əməl edilməməsidir.

İsti hava şəraitində qida məhsulları daha tez xarab olur. Bu da zəhərlənmə riskini artırır. Xüsusilə küçə satıcılarından alınan düzgün saxlanılmayan məhsullar sağlamlıq üçün təhlükə yaradır. Həkimlər insanlara qablaşdırılmamış və mənşəyi məlum olmayan qidalardan uzaq durmağı tövsiyə edir.

Bundan başqa, yayda hovuz və dənizlərdə infeksiyaların yayılması da sürətlənir. Çimmə sularının təmiz olmaması, həmçinin şəxsi gigiyenaya laqeyd yanaşma mədə-bağırsaq infeksiyalarına və dəri xəstəliklərinə səbəb ola bilər.

Yay aylarında günvurma halları da artır. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar günorta saatlarında birbaşa günəş şüalarından qorunmalı, bol maye qəbul etməlidir.

Mütəxəssislər yay mövsümündə sağlam qalmaq üçün təmiz su içməyi, düzgün qidalanmağı, gigiyenik qaydalara riayət etməyi və günəş şüalarından qorunmağı tövsiyə edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости