https://news.day.az/azerinews/1875472.html Alim Qasımovun ifası GTA 6-da - VİDEO Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın maraqlı ifası dünyanın ən məşhur videooyunlarından biri olan GTA 6-nın musiqi siyahısına daxil edilib.

Alim Qasımovun ifası GTA 6-da - VİDEO

Azərbaycanca, 19 ноября 2026 10:44 (UTC +04:00) 233
Alim Qasımovun ifası GTA 6-da

Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın maraqlı ifası dünyanın ən məşhur videooyunlarından biri olan GTA 6-nın musiqi siyahısına daxil edilib.

Day.Az xəbər verir ki, sənətçilərin Nelli Furtadonun məşhur "Say It Right" mahnısına muğam üslubunda verdikləri yeni nəfəs oyunun "Kaleidoscope FM" radiostansiyasında səslənəcək.

Sözügedən ifa bir neçə il əvvəl "Bizimkilər" layihəsi çərçivəsində təqdim olunub.

GTA 6-da yer alan "Kaleidoscope FM" müxtəlif ölkələrdən olan ifaçıların tanınmış mahnılara fərqli musiqi üslublarında hazırladıqları versiyaları bir araya gətirir. Alim və Fərqanə Qasımovaların ifasının da bu siyahıda yer alması Azərbaycan muğamının beynəlxalq auditoriyaya çatdırılması baxımından diqqət çəkir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости