Sumqayıtda evlərdən oğurluq edənlər saxlanılıb

Sumqayıt şəhərində oğurluq hadisələri qeydə alınıb.

Day.Azxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş 37 yaşlı Ş.Əhmədov və 36 yaşlı M.Ağayev müəyyən edilərək saxlanılıblar.

Qeyd edilib ki, faktlarla bağlı araşdırma aparılır.