https://news.day.az/azerinews/1774384.html Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - FOTO - VIDEO Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - FOTO - VIDEO

Azərbaycanca, 16 августа 2025 12:02 (UTC +04:00) 582
Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə pilotların uçuşun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanıb, daha sonra uçuş heyətləri təlimatlandırılıb.

Məlumata görə, təlim-məşq uçuşları zamanı bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə havaya qalxma və yerə enmə, komanda-qərargah məntəqələri ilə qarşılıqlı əlaqədə hava və yerüstü hədəflərin aşkar edilməsi və digər fəaliyyətlər üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd edilib ki, təlim-məşq uçuşlarının əsas məqsədi aviasiya bölmələrinin döyüş hazırlığının və hərbi pilotların praktiki vərdişlərinin daha da artırılmasıdır.

  • Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib
  • Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib
  • Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib
  • Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости