https://news.day.az/azerinews/1774695.html İctimai yerdə dini ayin keçirənlər həbs edilib Bir qrup şəxsin Xəzər rayonu ərazisində qanunsuz dini ayin keçirməyə cəhd edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

İctimai yerdə dini ayin keçirənlər həbs edilib

Azərbaycanca, 18 августа 2025 13:58 (UTC +04:00) 439
İctimai yerdə dini ayin keçirənlər həbs edilib

Bir qrup şəxsin Xəzər rayonu ərazisində qanunsuz dini ayin keçirməyə cəhd edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətindən Day.Az-a verilən məlumata görə, tədbir zamanı qeyd edilən hüquqazidd əməlləri törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Nigar Bağırova, 1984-cü il təvəllüdlü Aytən İbrahimova, 1981-ci il təvəllüdlü Şəhla Fərəcova, 1975-ci il təvəllüdlü Xoşqədəm Quliyeva, 1994-cü il təvəllüdlü Şərqiyyə Sadıqova və 1973-cü il təvəllüdlü Arzu Hüseynova saxlanılıblar.

 

Bildirilib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Cinayət işi başlanılıb və adları çəkilən 6 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Məlumatda qeyd edilib ki, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости