https://news.day.az/azerinews/1799015.html Qış mövsümünə hazırlıqla bağlı ÇAĞIRIŞ Qış fəslinin gəlişi ilə əlaqədar nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməlidir. Day.Az xəbər verir ki, bu barədə BDYPİ-nin avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı çağırışında deyilir.

Qış mövsümünə hazırlıqla bağlı ÇAĞIRIŞ

Azərbaycanca, 1 декабря 2025 12:35 (UTC +04:00) 318
Qış mövsümünə hazırlıqla bağlı

Qış fəslinin gəlişi ilə əlaqədar nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməlidir.

Day.Az xəbər verir ki, bu barədə BDYPİ-nin avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı çağırışında deyilir.

"Baş Dövlət Yol Polisi İdarəsi qış ayları üçün xarakterik olan əlverişsiz hava şərtlərini nəzərə alaraq, nəqliyyat vasitələrinin sahiblərini qabaqlayıcı tədbirlər görməyə, avtomobillərini mövsümə uyğun şinlərlə təchiz etməyə, xarici işıq cihazlarının, şüşə silgəclərinin, isitmə sistemlərinin sazlığını nəzarətdə saxlamağa çağırır", - qurumdan vurğulanıb.

"Unutmaq olmaz ki, avtomobilimizin sazlığı istənilən hava şəraitində mənzil başına rahat və təhlükəsiz çatmağımız üçün ən etibarlı zəmanətidir", - deyə qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости