https://news.day.az/azerinews/1801208.html Maaşın verilməsinin vaxtı ilə bağlı qaydalarda dəyişiklik edilir Əmək haqqının verilməsi müddətləri ilə bağlı qaydalarda dəyişiklik ediləcək. Day.Az Trend-ə istinadən bildirir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Maaşın verilməsinin vaxtı ilə bağlı qaydalarda dəyişiklik edilir

Azərbaycanca, 9 декабря 2025 22:57 (UTC +04:00) 394
Maaşın verilməsinin vaxtı ilə bağlı qaydalarda dəyişiklik edilir

Əmək haqqının verilməsi müddətləri ilə bağlı qaydalarda dəyişiklik ediləcək.

Day.Az Trend-ə istinadən bildirir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, aylıq əmək haqqı işçilərə bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir.

Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

Layihəyə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir.

Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə biləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости