https://news.day.az/azerinews/1802079.html Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Meksikada anılıb - FOTO Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində  anım tədbiri keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun büstünün önünə əklil qoyulub.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Meksikada anılıb - FOTO

Azərbaycanca, 13 декабря 2025 09:22 (UTC +04:00) 337
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Meksikada anılıb

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində  anım tədbiri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun büstünün önünə əklil qoyulub. Tədbir zamanı Ümummilli Liderin Azərbaycan xalqı və dövlətinin tarixində oynadığı müstəsna rol, müasir Azərbaycanın qurulması və möhkəmləndirilməsindəki əvəzsiz xidmətləri, eləcə də zəngin və müdrik dövlətçilik irsi xüsusi vurğulanıb.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin 1982-ci ildə Meksikaya nümayəndə heyətinin rəhbəri kimi rəsmi səfərinə dair video-reportaj nümayiş etdirilib. Nümayiş olunan materialların Azərbaycan Televiziyasının Qızıl Fonduna aid nadir arxiv görüntülər olduğu vurğulanıb. Bu səfərin Azərbaycan-Meksika münasibətlərinin tarixi baxımından əhəmiyyəti  diqqətə çatdırılıb.

  • Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Meksikada anılıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости