2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılıb
2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilib.
Day.Az məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" Qanunda öz əksini tapıb.
Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilib.
Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.
Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddi 15 manat, yəni təxminən 5,26 % artırılıb.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре