Şahbuzda qarın hündürlüyü 29 santimetrə çatıb

Gecə və səhər bəzi dağlıq ərazilərdə qar yağıb, Şahbuzda qarın hündürlüyü 29 santimetrə (sm) çatıb.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 1-i saat 11:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, qarın hündürlüyü Şahbuzda (Biçənək) 29, Qaxda (Sarıbaş) 17, Qusarda 12, Gədəbəydə 7, Sədərəkdə 5, Xınalıq, Qrızda 4, Şəki, Xaltan, Şahdağ, Culfada 1 sm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Mingəçevirdə 26, Bakıda və Abşeron yarımadasında 24, Şahdağda 20 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.