https://news.day.az/azerinews/1806681.html Yanacağın bahalaşması fonunda hansı maşınların qiyməti artacaq? - VİDEO İki növ yanacağın bahalaşması fonunda bəzi avtomobillərin qiymətlərində də artım müşahidə oluna bilər. Day.Az xəbər verir ki, avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, Ai-92 markalı benzin və dizel yanacağının qiymətindəki artım alıcıları daha qənaətcil avtomobillərə yönəldəcək.

Yanacağın bahalaşması fonunda hansı maşınların qiyməti artacaq? - VİDEO

Azərbaycanca, 1 января 2026 14:28 (UTC +04:00) 435
Yanacağın bahalaşması fonunda hansı maşınların qiyməti artacaq?

İki növ yanacağın bahalaşması fonunda bəzi avtomobillərin qiymətlərində də artım müşahidə oluna bilər.

Day.Az xəbər verir ki, avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, Ai-92 markalı benzin və dizel yanacağının qiymətindəki artım alıcıları daha qənaətcil avtomobillərə yönəldəcək.

Ekspertin sözlərinə görə, xüsusilə hibrid və "plug-in hybrid" avtomobillərə marağın artması qaçılmazdır.

Eldəniz Cəfərov bildirir ki, növbəti ilin ilk aylarında yanacaq sərfiyyatı az olan avtomobillərin qiymətlərində 5-10 faiz civarında artım gözlənilir. Onun sözlərinə görə, hazırda qiyməti təxminən 27-28 min manat olan Çin istehsalı avtomobillərdə 2 500 - 3 000 manat aralığında bahalaşma ehtimalı var. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости