Bülent Ersoy onu çəkən şəxsə QIŞQIRDI

Türkiyənin tanınmış sənətçisi Bülent Ersoy bu dəfə davranışı ilə gündəmə gəlib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, müğənni onu yaxın məsafədən çəkən operatora sərt reaksiya göstərib.

Hadisə zamanı Ersoyun media nümayəndəsinə yüksək səslə etiraz etməsi ətrafdakıların diqqətini çəkib.

Baş verən insidentin görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.