Bakı Metropoliteni stansiyalarında formalaşan sulardan istifadə imkanları araşdırılacaq

Abşeron yarımadasının mövcud və alternativ içməli və texniki su mənbələrinin, o cümlədən Bakı Metropoliteni stansiyalarında formalaşan sulardan istifadə imkanları araşdırılacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Belə ki, mövcud su mənbələrinin və ona aid fond materiallarının araşdırılması, texniki su mənbələrinin mövcud sistemlə uzlaşdırılması işlərinin aparılması, texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması plaşlaşdırılır.