Bu qəsəbələrdə tullantı sularının idarə olunması sistemi qurulacaq

Maştağa, Ramana, Binə, Qala, Zirə, Türkan, Dübəndi, Gürgan və Hövsan qəsəbələrində tullantı sularının idarə olunması sistemi qurulacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Belə ki, Hövsan−Binə− Maştağa−Türkan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikinti layihələrinə ekspertiza rəyinin alınması, Tikinti işlərinə başlanılması və plan üzrə işlərin 40 faizinin icrası, 116 km uzunluğunda yeni kollektorların istifadəyə verilməsi planlaşdırılır.