Bakı şəhərinin bu hissəsində daşqın riskləri azaldılacaq

Bakı şəhərinin şərq hissəsində daşqın riskləri azaldılacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Belə ki, Dərnəgül- Bakıxanov- Qaraçuxur-Hövsan xəttinin tikintisinin davam etdirilməsi, tikinti işlərinn davam etdirilməsi və plan üzrə işlərin 50 faizinin icrası, 10.4 km-lik kollektorun istifadəyə verilməsi, daşqın risklərinin azaldılması planlaşdırılır.