Mövcud tullantı su infrastrukturu yenidən qurulacaq

Mövcud tullantı su infrastrukturunun yenidən qurulması həyata keçirələcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Belə ki, 2026−2035-ci illərdə layihə-smeta sənədlərinin hazırlanması, tikinti layihələrinə ekspertiza rəyinin alınması və tikinti işlərinə başlanılması, tikinti işlərinin davam etdirilməsi və əsas obyektlərin tikintisi ilə bağlı işlərin 40-50 faizinin icrası və tullantı su infrastrukturunun genişləndirilməsi planlaşdırılır.